SƏNDƏN SONRA

SƏNDƏN SONRA

SƏNDƏN SONRA

  • 12.00AZN

 

Kitab 27 yaşlı Luiza Klarkın həyatından, sevdiyi insana sədaqətindən bəhs edir. O,  qəza nəticəsində iflic olmuş imkanlı bir oğlana – Bil Treynora qulluq edir.  Yəni işinin adı xəstə baxıcısıdır. Ona qulluq etdiyi müddətdə aralarında sevgi yaranır. Oğlan  ağrılara dözə bilməyib intihar edir. Bundan sonra  Luiza onu unutmağa çalışsa da bacarmır. Xarici ölkələrə səyahət edir, müxtəlif adamlarla tanış olur, ancaq onu unuda bilmir, vətəninə qayıdır. Doğma şəhərindən  aralıda yerləşən Londonda, bir barda  iş  tapır.    Sevdiyi oğlan ona pul qoyub gedir, həmin pulla  ev alır.
Bir gün  fikirli halda yaşadığı binanın damına çıxarkən səs eşidib diksinir, ayağı sürüşüb damdan yıxılır, sağ qalır.
Luiza dama çıxanda onu qorxudan səsin sahibi  Lili Houqton-Millerdir  – Bilin qızı. O, ölənəcən qızının varlığından  xəbər tutmayıb. Universitet illərində sevdiyi qız ondan hamilə qalır, ancaq münasibətləri pozulduğundan bunu gizlədir.
16 yaşlı Lili atasının kim olduğunu, intihar etdiyini, ona qulluq edən qızın adını internetdən öyrənir,  axtarıb Luizanı tapır.
Anası onu başa düşmədiyinə görə o, evdən qaçır, Luiza ilə birgə yaşayır. Bir gün Luizanın da evindən qaçır…
Luizanın çətin günləri başlayır… Çətinliklə də olsa, Lilini  tapır. Lili səhvlərini başa düşür.
Luiza  yenə də sevir.  Sem adlı bir həkimi. O həkim ki, Luiza damdan yıxılanda onu təcili yardım maşınında xəstəxanaya çatdırmışdı…
Əsər xoş sonluqla bitir. Bilin vəkili Luizaya Amerikada yaxşı iş tapır. Luiza Amerikaya işləməyə gedir, ancaq bilir ki, onu Londonda  sevdiyi  insan gözləyir.
Əsər  yeniyetmələr üçün daha maraqlı ola bilər.
Xərçəng xəstəliyinə mübtəla olmuş on altı yaşlı Hazel Qreysin bir neçə il də yaşamağına təminat verən tibbi möcüzəyə baxmayaraq, xəstəliyi ölümcüldür. Həkimlərin ona qoyduğu diaqnozla birlikdə ulduzlar da Hazelin həyat nağılının sonuncu hissəsini çoxdan yazıb. Di gəl ki, Aqust Vaters adlı yaraşıqlı bir xarakter “Xərçəng Xəstəsi Uşaqlar Üçün Dəstək Qrupuna” gəldiyi gündən Hazelin həyatı tamamilə başqa istiqamətə yönəlir və bu ağıllı oğlanın cazibəsi qızın həyatında yeni hekayənin başlamasına səbəb olur. Con Qrin təvazökar bir üslubda və bütün səmimiyyətiylə qələmə aldığı romanda yaşamağın və sevməyin həyəcanlı, gülməli və faciəvi cəhətlərini bütün çılpaqlığıyla təsvir edir…

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı